Bakıda 51 yaşlı qadını avtomobil vurub
Bakıda 51 yaşlı qadını avtomobil vurub
Bakıda 51 yaşlı qadını avtomobil vurub

ÜMİDTV : Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Rayonun Mehdiabad qəsəbəsində yolu keçən 1969-cu il təvəllüdlü Mirzəyeva Kəmalə Şəhriyar qızını avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.