Bakıda doqquzmərtəbəli binada yanğın: Sakinlər təxliyyə edildi
Bakıda doqquzmərtəbəli binada yanğın: Sakinlər təxliyyə edildi
Bakıda doqquzmərtəbəli binada yanğın: Sakinlər təxliyyə edildi

ÜMİDTV: Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları 8 m² sahədə və elektrik lövhəsində naqillər 3 p.m qismən yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.