2021-ci ildə müdafiə və milli təhlükəsizlik üzrə ayrılan xərclərin təyinatı məlum oldu

ÜMİDTV: Azərbaycanda bu il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üzrə ayrılan xərclərin təyinatı məlum olub.
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.
Fərmana əsasən, bu il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üzrə 4 585 806 638 manat vəsait ayrılıb.
Həmin vəsaitin 1 934 288 659 manatı müdafiə qüvvələri, 260 612 183 manatı milli təhlükəsizlik, 281 620 334 manatı sərhəd xidməti, 3 901 203 manatı müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 105 384 259 manatı müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üzrə xərclənəcək.