Deputat Elşad Mirbəşir oğlu Göygöl şəhərində şəhid ailələrini və qaziləri ziyarət edib - GÖYGÖL
Deputat Elşad Mirbəşir oğlu Göygöl şəhərində şəhid ailələrini və qaziləri ziyarət edib.
Deputat Elşad Mirbəşir oğlu Göygöl şəhərində şəhid ailələrini və qaziləri ziyarət edib - GÖYGÖL

Deputat Elşad Mirbəşir oğlu Göygöl şəhərində şəhid ailələrini və qaziləri ziyarət edib.
ÜMİDTV xəbər verir ki, millət vəkili görüş zamanı onların qayğı və problemləri ilə maraqlanıb.
Deputat Elşad Mirbəşir oğlu görüş zamanı qürurverici anların yaşandığını qeyd edib.
"Evində qonaq olduğumuz bütün şəhid yaxınları, qazilərimiz tərəddüdsüz "Vətən sağ olsun", "Yaşasın Ali Baş Komandan" deyərək milli həmrəyliyin təntənəsini növbəti dəfə bizə yaşatdılar. Kədərli olsalar da, keçirdikləri qürur hissi ilə Azərbaycanın qalib xalq olduğunu bir daha sübut etdilər.
Bizə Zəfər hissini yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm. Yaralı qazilərimizə isə Allahdan şəfa diləyirəm", - deyə millət vəkili bildirib.