82 yaşlı qadın evində ölü aşkarlandı
82 yaşlı qadın evində ölü aşkarlandı
82 yaşlı qadın evində ölü aşkarlandı

Sumqayıtda mənzildən qadın meyiti tapılıb.
ÜMİDTV: FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Heybətova Məleykə Qaytaran qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.