Qarabağda yeni bir müharibə olacaqmı? – Türkiyə hərbi kəşfiyyatının keçmiş rəhbərinin proqnozu

ÜMİDTV: Rusiya və Türkiyə Dağlıq Qarabağ ərazisindəki vəziyyəti izləmək üçün monitorinq mərkəzi yaratmaqla bağlı razılaşıblar.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəhbəri İsmail Hakkın Pekinin verdiyi müsahibədə bölgədə yeni təxribatların mümkün olub-olmadığını və “Astana formatı”ndan münaqişənin həlli üçün istifadənin mümkünlüyü barədə fikirlərini bölüşüb.
Pekin bəzi qarşıdurmaların olacağını qəbul edir, lakin genişmiqyaslı təxribatlar gözləmir: “Sülhməramlılar atəşkəsə əməl olunmasını izləyəcəklər. Mən gözləmirəm ki, Qarabağ münaqişəsi yenidən böyük bir müharibəyə çevriləcək. Rusiya və İran buna icazə verməyəcək”.
Kəşfiyyat zabitinin sözlərinə görə, indi “əsas məsələ Laçın dəhlizindədir”.
“Oradakı müşahidəçilər Rusiya sülhməramlılarıdır. Azərbaycan bu hissənin onların tərəfində qalmalı olduğunu iddia edir. Rusiya və Türkiyənin, onsuz da, Suriyada birlikdə işləmək təcrübəsi böyükdür. Düşünürəm ki, bu məsələ heç bir münaqişə olmadan həll etməlidirlər”, – o deyib.
Keçmiş hərbi kəşfiyyat rəhbərinin sözlərinə görə, indi Cənubi Qafqazda bir balans var, ancaq “Rusiyanı əhatə etmək istəyən” Şimali Atlantika Alyansının hərəkətləri göz qabağındadır:
“Cənubi Qafqazda uzun müddətdir ki, Rusiyaya yönələn bir təhdid var idi. Qərb Ermənistanı, Azərbaycanı və Gürcüstanı NATO-ya daxil etməyə çalışır. Rusiya, təbii ki, buna qarşıdır. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan Qərbə doğru irəliləyir və ABŞ və Fransa erməni diasporundan istifadə etmək istəyir”.
Onun sözlərinə görə, Rusiya, Türkiyə və İran ortaq bir strateji plan hazırlayaraq xaosun qarşısını ala bilər. “Belə bir strategiyanın inkişafına Suriyada özünü təsdiqləyən” “Astana formatı” kömək edə bilər, – Pekin hesab edir.
“Əslində, burada bir “Astana formatı “yaratmağı bacarırıqsa, Suriya və Liviya böhranları sürətli bir həll yolu tapa bilər və bu, regional sabitliyi təmin edəcək. Bu, Türkiyə üçün, Rusiya üçün və bütün bölgə üçün vacibdir. Və ortaq maraqlar olduğu üçün Rusiya, İran və Türkiyə belə bir platforma yarada bilər”, – o deyib.
//milli.az