Millət vəkili Qənirə Pashayeva qəhrəman şəhidlərimiz İman və Bəhrəm Məmmədov qardaşların valideyinləri ilə görüşüb.

Millət vəkili Qənirə Pashayeva qəhrəman şəhidlərimiz İman və Bəhrəm Məmmədov qardaşların valideyinləri ilə görüşüb.

Millət vəkili Qənirə Pashayeva qəhrəman şəhidlərimiz İman və Bəhrəm Məmmədov qardaşların valideyinləri ilə görüşüb.

ÜMİDTV:     MM-nın Mədəniyyət komitəsinin sədri Ganira Pashayeva qəhrəman şəhidlərimiz İman və Bəhram Məmmədov qardaşlarının valideynləri ilə görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidləri İman və Bəhram Məmmədov qardaşlarının valideynləri Elman Dədəkişi oğlu Məmmədov və Hicran Kərim qızı Məmmədova ilə görüşüb, onları tarixi zəfər münasibəti ilə təbrik edib: "Əziz Şəhid valideynləri,
Sizin oğullarınızın və onların cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
Oğullarınız İman və Bəhram 2020-ci il sentyabrın 27-də - döyüşlərin ilk günündə öncəbhəyə yollananlardan olub.
İman və Bəhram döyüşlərə Füzuli rayonunda başlayıb, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilməsində iştirak ediblər. İman və Bəhramın son döyüşləri isə Şuşa-Xankəndi istiqamətində olub.
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid valideynlərisiz.
Əziz şəhid valideynləri,
Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm"!
Komitə sədri şəhidlərin valideynlərinə Mədəniyyət Komitəsi adından Məktub və üstünə "Qarabağ Azərbaycandır" yazılmış qol saatları təqdim edib.