Sumqayıtda jurnalistin avtomobili qarət edildi - FOTO
Sumqayıtda jurnalistin avtomobili qarət edildi - FOTO
Sumqayıtda jurnalistin avtomobili qarət edildi - FOTO

ÜMİDTV: Sumqayıtda avtomobildən oğurluq hadisəsi baş verib.
Bu barədə məlumatı jurnalist İlham Məmmədzadə özünün “Facebook” hesabında paylaşıb.
Bildirilib ki, hadisə ötən gecə Sumqayıtda, 36-cı məhəllə ünvanında qeydə alınıb. Jurnalistin avtomobili naməlum şəxs və ya şəxslər tərəfindən qarət edilib.
Avtomobilin sol qabaq hissəsinin şüşəsi sındırılıb.
İ.Məmmədzadə hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdiyini də qeyd edib.