Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqlandı
Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqlandı
Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqlandı

ÜMİDTV: Yaşadığı evi icazəsiz tərk edən koronavirus (COVID-19) xəstələrinin sayı açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq, evə qaytarılmaqla barələrində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.
Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik