Salyanda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan var
Salyanda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan var
Salyanda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan var

ÜMİDTV: Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə axşam saatlarında yeni Ələt-Astara magistral yolunun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük maşını qarşıda gedən minik avtomobilini vurub. Nəticədə minik avtomobilində olan Masallı rayonunun Yeddioymaq kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Həbulla Əli oğlu yüngül bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.