Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və referendum keçirilir
Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və referendum keçirilir
Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və referendum keçirilir

ÜMİDTV: Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və referendum keçirilir.
“RİA Novosti” xəbər verir ki, seçkilər COVİD – 19 pandemiyası ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri nəzərə alınaraq keçirilir.
Referendumun nəticələri ölkənin parlament, yoxsa prezident üsul-idarəsi ilə idarə olunacağını müəyyənləşdirəcək.
Prezident postu uğrunda 17 namizəd mübarizə aparır.
Səsvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 20.00-da başa çatacaq. Seçicilər 48-i xarici ölkələrdə olmaqla, 2 min 470 seçki məntəqəsində səs verir.