Qeyri-iş günlərində küçəyə çıxmaq qadağası olunur? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda bayram günləri küçəyə çıxmaq qadağan ediləcək?
Qeyri-iş günlərində küçəyə çıxmaq qadağası olunur? - RƏSMİ AÇIQLAMA

ÜMİDTV.com: TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bayram və qeyri iş günlərində ölkədə küçəyə çıxma qadağası barədə yayılan xəbərlərə münasibət bildirib.
Vasif Əliyev Türkiyədə bununla bağlı təcrübənin olduğunu və Azərbaycanda da eyni qaydanın tətbiq oluna biləcəyini istisna etməyib:
"Çünki insanlar kütləvi olaraq toplaşırlar. Türkiyədə yoluxmanın sayının azaldılması məqsədi ilə bəzi məhdudiyyətlər qoyulur. Bu, bizdə də gündəmdədir. Çox güman bayramdan öncə bu məsələyə aydınlıq gələcək".