Sabirabadda maşın yandı

Sabirabadda maşın yandı

Sabirabadda maşın yandı

ÜMİDTV:      Sabirabad rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Qaratəpə kəndində qeydə alınıb.

Hadisə zamanı  “LADA” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.