Bakıda Milli Qəhrəmanın adını daşıyan küçə bərbad vəziyyətdədir, İcra Hakimiyyəti hara baxır-XƏZƏR BİNƏ

ÜMİDTV: Bakıda Milli Qəhrəmanın adını daşıyan küçə bərbad vəziyətdədir.
Belə ki, Xəzər rayonu Binə qəsəbəsində Südçülük Soxvozu adlanan ərazide Azərbaycanın ilk milli qəhrəmanlarından olan, qəhrəman şəhidimiz Valeh Müslümovun adını daşıyan küçə bərbad vəziyətdədir. Yağışlı günlərdə yolda yarana gölməçələr başqa bir biabrçı mənzərə yaradır. Hələ yol boyu səpələnən zibilləri demirik. Pandemiyanın bu ağır dönəmində qəsəbə nümayəndəliyi və Bələdiyyə yəqin ki yay yuxusundan hələ ayılmayıblar.
Ərazi sakinləri Ümid Tv-yə açıqlamasında bildirdi ki, bir neçə dəfə rəsmi olaraq aidiyyəti qurumlara məlumat göndərilməsinə baxmayaraq şikayətlərə baxılmır.
Xatırladaq ki, sözügedən qəsəbənin problemi yalnız yol ilə bitmir.
Ümid Tv olaraq ərazidə yaşayan əhalini dindirdikdə ən başlıca problemlərdən biri də internetdir. Hazırda tədris hibrid vəya əyani formada deyil, təmamilə distant formadadır.
Ölkəmizdə təhsil distant formada ikən sözügedən ərazidə telefon xəttində boş yer olmadığına görə Wi:Fi şəbəkəsi də çəkmək mümkünsüz halə gəlib. Bu da sakinlər üçün əlavə xərclərə yol açır. Sakinlərin söylədiyinə görə Xəzər rayonuna baxan Mərdəkandakı Rabitə Qovşağına dəfələrlə müraciət olunmasına baxmayaraq şikayətlərə baxan yoxdur.
İnanırıq ki, aidiyyəti qurumlar tərəfindən tez bir zamanda şikayətlərə baxılacaq.
Milli Qəhrəmanımız Valeh Müslümovun adını daşıyan küçənin yol və digər problemləri tez bir zamanda həll olunacaq.
Qarşı tərəfin mövqeyini bildirərsə dərc etməyə hazırıq.
Qeyd edək ki, ÜmidTv olaraq ərazidə çəkilişlər aparılacaq və real vəziyyət ictimaiyyətin diqqətinə çatdırılacaq.