Komandadan təcrid edilmiş Aqueronun dönmə vaxtı açıqlandı
Komandadan təcrid edilmiş Aqueronun dönmə vaxtı açıqlandı
Komandadan təcrid edilmiş Aqueronun dönmə vaxtı açıqlandı

ÜMİDTV: İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola klubun argentinalı futbolçusu Serxio Aqueronun 10 gün yaşıl meydanlardan kənarda qalacağını bildirib.
Bu barədə “Sport-express” məlumat yayıb.
Qeyd edək ki, yanvarın 10-da açıqlanan məlumata görə, 32 yaşlı argentinalı hücumçu koronavirusa yoluxmuş şəxslə yaxın ünsiyyətdə olduğu üçün karantinə göndərilib.