Gənc istedadlı müəllim rayon ictimaiyyətinin köməyi ilə əməliyyat olundu

Ucqar dağ rayonu olan Lerikdə hər zaman ziyalılar olmuşlar. Lerik rayonu qədim zamanlardan xeyirxahlığı, xeyriyyəçiliyi, qonaqpərvərliyi ilə seçilən region olmuşdur.
Xatırlayırsınızsa bir neçə ay öncə Uğur kurslarının Lerik filialının müəllimi, Lerikin istedadlı, gənc ziyalısı İlkin Əzizlinin əməliyyat edilməsi ilə bağlı yardım edilməsi barədə məlumat tirajlamışdıq. Qeyd edim ki, yazı paylaşıldıqdan sonra Lerik rayonu Millət Vəkili İqbal Məmmədovla görüşümdə İqbal müəllimin məsələdən dərhal xəbərdar olduğunu gördüm. İqbal müəllim elə saytda paylaşdığım yazını oxuyan kimi, İlkin Əzizli ilə əlaqə saxlamış və əlindən gələni yardımını əsirgəməmişdir.
Qeyd edək ki, İlkin müəllimin əməliyyatı ilə bağlı ehtiyac duyulan məbləğ tamam oldu və iki gün öncə əməliyyat olundu. İqbal Məmmədov deputat seçildiyi Lerik rayonunun istedadlı gəncinin vəziyəti ilə maraqlanmaq üçün həkimi Cəlal Kazımi ilə əlaqə saxlamışdır. Həkim bildirib ki, orqan transplantasiyası (köçürmə) əməliyyatı çox uğurla keçmiş, hər şey uğurlu olmuşdur.
Özü və donor olan anasının vəziyəti hazırda yaxşıdır.
Bəli, Lerik rayonunun Millət Vəkili İqbal Məmmədov hər zaman seçicilərinə dəyər vermiş, əlindən gələn yardımlarını etmişdir.
İlkin Əzizli haqqında yazdığımız yazıya səs verdiyi üçün rayon Millət Vəkili İqal Məmmədova, Lerik rayonu sakinlərinə və ümumi yardım edənlərin hər birinə dərin təşəkkürümüzü bildiririk!
Elcan Məmiyev