İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi
İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi
İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi

ÜMİDTV: Azərbaycan Prezidenti İlham Əliyev indoneziyalı həmkarı Coko Vidodoya başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”