Arxa cəbhə əsgəri - VALEH LERİKLİ

Arxa cəbhə əsgəri - VALEH LERİKLİ

Arxa cəbhə əsgəri - VALEH LERİKLİ

Lerik rayonu əzəldən qəhrəmanları ilə tanınan bir region olmuşdur. Qəhrəmanlar da iki cür olur, vətən uğrunda canından keçib ölümü ilə tarix yazan qəhrəmanlar və xalqımıza tarix yazan igidləri ictimailəşdirən, şəhid ailələri ilə qazilərlə görüşməyi, ictimailəşdirməyi özünə borc bilən qəhrəmanlar...

 

Bəli, bu gün 44 günlük müharibə ərəfəsində və müharibədən sonra daim şəhid ailələrini və qaziləri diqqətdə saxlayan, eləcə şəhidlərimizin adına bulaqların açılışında iştirak edən, vətən yolunda qazi olmuş qəhrəmanları işıqlandıran meyxanaçı Valeh Leriklidən danışacağıq!

 

44 günlük mübaribə ərəfəsində sosial mediada ən çox qarşıma çıxan paylaşımlar Valeh Lerikli haqqında olurdu. Valeh Lerikli sözün əsl mənasında arxa cəbhədə qəhrəmanlıq göstərdi. Yəni Valehi üstünü cızaraq ARXA CƏBHƏDƏKİ QƏHRƏMAN adlandırmaq olar. 

 

Qeyd edək ki, Valeh Lerikli şəhid Amid Heydərova və bundan əlavə Lerikli şəhid qardaşlar - İman-Bəhrəm və Elgün-Altaya musiqili meyxanalar həsr etmişdir. 

 

Valeh təqdimatından da bilirik ki, Lerik rayonundandır. 
Bəli, Lerik rayonunun o təmiz təbiətini görən, saf havasını qəbul edən bir insan yalnız və yalnız belə ola bilər!

Valehə bir neçə dəfə etdiklərinə görə şəxsən təşəkkür etdikdə isə, "Bu mənim mənəvi borcumdur" deyirdi. Əsl dəstək olmaq istəyən də belə olmalıdır. 

Biz də media olaraq meyxanaçı Valah Lerikliyə bütün bunlara görə bir daha dərin təşəkkürümüzü bildiririk! Səninlə bütün Azərbaycan fəxr edir!

 

Elcan Məmiyev / Ümid Tv