Azərbaycanda bir dəqiqəlik sükut olacaq
Azərbaycanda bir dəqiqəlik sükut olacaq
Azərbaycanda bir dəqiqəlik sükut olacaq

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.
Bunu Oxu.Az-a açıqlamasında İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarəti ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub:
“Sürücülərdən xahiş olunur ki, həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər bir dəqiqəlik dayanacaq”.