Göyçayda ikimərtəbəli evdə yanğın
Göyçayda ikimərtəbəli evdə yanğın
Göyçayda ikimərtəbəli evdə yanğın

ÜMİDTV: Göyçay rayonunun Qızılağac kəndində yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə yanıb.
Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.