AZƏRSELL MOBİL OPERATOR ŞƏBƏKƏSİNƏ İNANANLARIN BAŞI DƏRDDƏDİR !

ÜMİDTV: Azərbaycan inkişaf edir. Məhz inkişaf edən Azərbaycanımızda potensial iqtisadi imkanlarımızdan öz şəxsi məqsədləri üçün də istifadə edənlər az deyil. Çox istərdik ki, belə olmasın. Lakin elə məsələlər var ki, istəyimizdən asılı olmur.
Azərbaycan Prezidenti bu günə qədər xalqın rifahını düşündü, sahibkarlığın inkişafına lazım olan dətəyi göstərdi. Ölkə Prezidenti bütün bu addımları, ölkə vətəndaşlarının sosial durumlarının yaxşılaşması üçün atır. Azərbaycan Prezidentinin ölkə daxili və xarici siyasəti Azərbaycan xalqının iradəsinə tam uyğundur. Dəfələrlə müşavirələrdə Prezident cənab İlham Əliyev məmurlara və iş adamlarına sərt mesajlar göndərdi ki, Azərbaycan vətəndaşını incitmək olmaz. Hər kəs üzərinə düşən vəzifələri layiqincə icra etməlidir. Ölkə Başçısı həmçinin rüşvətxor məmurlara qarşı da ciddi mübarizəyə start verdi. Ölkədə Korrupsiya və rüşəvətxorluğa qarşı mübarizə strategiyası təkcə məmurlara şamil edilməyib, ictimaiyyətə məlum olan sahibkarlara qarşı da eyni qaydada mübarizə aparılıb.
Görünən budur ki, Cənab Prezidentin xəbərdarlıqları Azərsell Mobil Operator Şəbəkəsinə hələ ki, təsir göstərməyib. Belə olmasaydı bu şəbəkə özbaşınalıq etməzdi, abonentləri aldatmaqla başlarına oyun açmazdı. Pandemiyanın ağır fəsadlarından onsuzda ürək ağrısına düşən vətəndaş, bu tip şəbəkələrin özbaşınalığından da az zərər görmürlər.
Bu yazımda Azərselin hansı işlər gördüyündən, abonentlərə hansı qaydada xidmət göstərməsindən, sosial şəbəkələrdə reallığı əks etdirməyən reklamların paylaşılmasından danışmayacam. Bütün baş verənlər haqqında qısa zaman içində ÜmidTv Azərbaycan kanalının canlı efirindən bütün ictimaiyyət məlumatlı olacaq.
İndi isə Azərselin bir oyununu qısaca sizlərin diqqətinə çatdıracam ki, hər kəs nəticə çıxarıb belə bir şəbəkənin oyunlarının qurbanına çevrilməsi.
Belə ki, mən də Azərsell abonentiyəm. Həm telefon nömrələrim, həm də internet paketim Azərseldəndir. Bir il bundan öncə bir data nömrə almışam və hər ay 50 GB üçün 30 manat ödəniş edirəm. İlk aylar azı 26 gün davam edən internet paketinin həcmi, getdikcə azalmağa başladı. Həm internetin sürətini azaltdılar, həm də Gb-tı mənimsəməyə başladılar. Hər dəfə etdiyimiz zənglərin isə heç bir nəticəsi olmadı. Ümumiyyətlə olunan zənglərə Azərselin reaksiyası, bir abonent kimi məndə xoş təəssürat yaratmırdı.
Pandemiya dönəmində internetin sürəti kəskin şəkildə azalmağa başladı. Bu azmış kimi, 50 GB internet paketinin müddəti 1 həftə davam edirdi. Son yanvar ayının 13-də yüklədiyim 30 manat pulun müqabilində aldığım 50 GB internet paketi bu dəfə 22 yanvar 2021-ci il tarixdə bitdi.
*1111 qaynar xətt nömrəsinə zəng etsəm də həmişə olduğu kimi eyni cavablarla qarşılaşdım. Bununla bağlı video reportajımız ictimaiyyətə təqdim olunacaq.
Mən, zəngimə cavab verən operatora etiraz olaraq bildirirəm ki, “Şəbəkəniz məni aldadır, pulumu mənimsəyir, bu müddət ərzində internet paketinin bitməsi mümkün deyil. Mən bu paketi hara istifadə etdiyimi bilirəm. Artıq bu hərəkətlərdən əl çəkin. Mənimsənilən GB-ları geri qaytarın.”
Cavabında nə eşitsəm yaxşıdır? Suallarımı cavablandıran bəy əfəndi mənə bildirir ki, biz internetin hara istifadə olunmasını müəyyən edə bilmirik. Şikayətinizi də məsul şəxslərə çatdırmaq imkanımız yoxdur. Bir sözlə bəy əfəndinin sözlərindən belə nəticəyə gəlmək olur ki, Azərsell nə istəyirsə onu da edir.
Mən isə cavabında bildirirəm ki, Azərsell necə istəyirsə elə də etsin, lakin ölkə Prezidentinin siyasətinə kölgə salan hər bir şəxs layiqli cəzasını alacaq. Biz bütün həqiqətləri çılpaqlığı ilə üzə çıxardıb ictimaiyyətə təqdim edəcəyik və cənab Prezidentin məlumatlı olmasından ötəri bütün imkanlarımızı səfərbər edəcəyik.
Növbəti həftə ÜmidTv Azərbaycan kanalında Azərselin özbaşınalıqları haqqında ətraflı şəkildə təqdim edəcəyimiz sujetdə hər kəs baş verənlərdən məlumatlı olacaq. Biz qərəzsiz və obyektiv araşdırmalarımızla faktları ortaya qoyacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Araşdırmalarımız davam edir. Ardı var....!
Rəhman Cəbiyev / ÜmidTv Azərbaycan