ÖTƏN GÜNÜN GÜNDƏMİ OLAN UŞAQ BAXÇASININ SAHİBİ MİLLİ QƏHRƏMAN POLAD HƏŞİMOVUN ANASINA BAŞ ÇƏKİB

ÜMİDTV: Ötən gün Xəzər Tv və Baku Tv-də Şəhid General Polad Həşimovun adından istifadə kimi qələmə verilən Uşaq Bağçasının kadrları bir neçə saytalarda da tirajlandı.
Məsələnin mahiyyətinə varmayan tele kanallar Məktəbə qədər Tədris Ocağını Uşaq Baxçası kimi yayımlayaraq , Tədris Ocağının sahibi Kazım Şahrızayevin müsahibəsini tam olaraq işıqlandırmadan, mövzunu şəxsi diktor mülahizəsi ilə ictimaiyyətə təqdim etdilər. Bəzi saytlar da eyni mövzunu şişirdərək tirajladılar.
Məktəbəqədər Tədris Ocağının sahibi Kazım Şahrızayevin ÜmidTv-yə verdiyi açıqlamasına görə, Tədris Ocağı Pandemiya dönəmində açıldığından fəaliyyət göstərməyib. Müsahibimiz qeyd etdi ki, Tədris Ocağında şəhid ailələrinin övladlarına tam pulsuz xidmət göstəriləcək. Bununla bağlı zəruri sənədləri tanışlıq üçün redaksiyamıza təqdim etdi.
Qeyd edək ki, bu gün Kazım Şahrızayev General şəhidimiz, Milli Qəhrəman Polad Həşimovun anasına baş çəkib.