Pentaqonun rəhbəri britaniyalı həmkarı ilə Rusiya və Çini müzakirə edib

Pentaqonun rəhbəri britaniyalı həmkarı ilə Rusiya və Çini müzakirə edib

Pentaqonun rəhbəri britaniyalı həmkarı ilə Rusiya və Çini müzakirə edib

ÜMİDTV:    Pentaqonun yeni rəhbəri Lloyd Ostinlə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles arasında telefon danışığı baş tutub.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Con Kirbi adınan yayılan yazılı açıqlamada deyilir.

Nazirlər, qarşılıqlı maraq doğuran strateji məsələləri, COVID-19-a qarşı mübarizəni, Çinin artan gücü fonunda yaranan narahatlıqları, Rusiyadan gələn təhdidləri müzakirə ediblər, İraq və Əfqanıstandakı əməliyyatlar barədə fikir mübadiləsi aparıblar.

Lloyd Ostin NATO razılaşmaları çərçivəsində krallığın müdafiə xərclərinin artırılmasının vacibliyini də qeyd edib