Jurnalistikada uğur qazanarkən ayrılan gənc: Hədəflərim böyükdür

Bugün Şəmkir şəhərinin istedadlı gənclərindən biri olan Aygün Həsənova ilə olan müsahibəmizi sizə təqdim edəcəyik.
- Aygün salam, media nə dərəcədə maraqlı oldu sənin üçün?
-Salam, media çox dərin bir sahədir. Mən də bir müddət məşğul oldum, çox məlumatlar öyrəndim, müsahibələr aldım. Ən əsası etibarlı və sadiq dostlar qazandım
- Hazırda mediadakı fəaliyyətini dayandırmısan. Buna səbəb nədir?
- Bilirsiniz, media mənim yaddaşımda xoş xatirələrlə qaldı. Yəni burdan ayrılmağımın mediaya heç bir aidiyyatı yox idi. Sadəcə vaxtımın azlığından və yaxınlaşacaq imtahanımın olduğundan məcburi mediadakı fəaliyyətimi dayandırdım.
- Hazırda yenidən qayıtmaq fikriniz varmı?
- Ona hələ gələcəy qərar verəcək, o sahəyə həvəsli biriyəm. Qismətimdə varsa qayıdacam
- Səncə ölkə mediasının çatışmayan cəhətləri nədir?
- Düzdür, yaşım biraz bu suala görə azdır. Amma mənim fikrimcə hər kəs pul qazanmaq məqsədilə cuzi miqdarda yatırım edib media yaradıb, ona gülünc bir ad qoyub (evim.az, işim.tk və sair) bununla reketlik edirsə bu gələcəkdə bir çox fəsadlara gətirib çıxara bilər.
-Bir çox şəxslərdən müsahibə almısınız. Buna reper, dövlət xadimi, şair və sair daxildir. Hansı müsahibən maraqlı və yaddaqalan oldu.
- Mən hər zaman özümə ideal bildiyim insanlardan müsahibə almışam. Əgər aldığım müsahibə mənə maraqlı və yaddaqalan olmayacaqsa mən almamağı tərcih edərəm
- Bugünədək bir çox uğurların olub. Uğurları kimlər sayəsində qazanmısan?
- Təbii ki, özüm və ailəm bir olub uğurlarımızı qazanmışıq. Mənim uğurlarımda məndən çox bəlkə də ailəmin əməyi var. Buna görə də valideynlərimə təşəkkürümü bildirirəm.
- Uğurlarınıza paxıllıq edib, uğur yolunuza maneə atan olubmu?
- Təbii ki , əgər uğur yolundasansa qarşına maneələr çox rastlaşacaq. Amma mən o maneələri uğurla aşmışam. Hər zaman da o maneələri atanlara təşəkkür etmişəm. Onlara təşəkkür etmişəm ki, atdığı maneələrlə məni əsl həyata hazırlayıblar
- Sonda izləyicilərimizə nə demək istərdiniz?
- Sadiqlik və sadəlik ən böyük zirvədir. Həyatda vahid bir məqsədin olsa və onun uğrunda mübarizə aparsan mütləq həmin məqsədinin zirvəsinə çatacaqsan. Yetər ki, qarşına məqsəd qoy və əzmlə çalış