Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Qarabağa gələcək
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Qarabağa gələcək
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Qarabağa gələcək

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan yaxın günlərdə Azərbaycanın separatçıların nəzarəti altında olan Qarabağ bölgəsinə səfər edəcək.
ÜMİDTV: “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə o, İnformasiya-kommunikasiya sahəsində İşəgötürənlər İttifaqının sədri Armen Baldryan və təşkilatın icraçı direktoru Eduard Musaelyanla görüşdə bildirib.
A.Arşakyan Qarabağda informasiya texnologiyalarının inkişaf imkanlarını müzakirə edəcək.