Məktəblərdə istilik problemi həll olunubmu?
“Distant təhsil sistemi dövründə istilik məsələsi elə də gündəmdə deyildi. Amma fevralın 1-dən etibarən məktəblərdə dərslərin bərpası səbəbindən bu məsələ də bizim diqqətimizdədir. İstiliklə bağlı monitorinqlər aparılıb. Onu deyə bilərəm ki, məktəblər təhsil üçün hazırdır. Cari problemlər də aradan qaldırılır”.
ÜMİDTV: xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda deyib.
O qeyd edib ki, məktəblərdə avqust ayından olan təcrübələrə əsasən tədris prosesi qurulacaq: “Fevralın 1-dən hibrid tədrisi yenidən tətbiq ediləcək. əyani dərslərlə yanaşı distant formada da təhsil davam etdiriləcək”.
Fevralın 1-dən etibarən Bakı şəhəri üzrə 274 məktəbdə 1 092 sinifdə 27 122 uşaq məktəbəqədər təhsilə başlayır. 44 904 şagird isə I-IV siniflərdə əyani formada oxuyacaq