Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 4 hərbi qulluqçu ÖLDÜ
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 4 hərbi qulluqçu ÖLDÜ

ÜMİDTV.com: Hadisə bu gün səhər Stansiya Sumqayıt yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlardan üçü hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan biri, sürücü olduğu deyilən 1984-cü il təvəllüdlü Ramil adlı şəxsdir.
Məlumata görə “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu həlak olub. Müdafiə Nazirliyi faktı APA-ya təsdiqləyib.
TƏBİB-dən isə APA-ya bildirilib ki, qəza zamanı 4 hərbçidən əlavə 1 mülki şəxs də həyatını itirib.
Qeyd olunub ki, yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağır qiymətləndirilir.