Rusiyada koronavirusa yoluxanların sayı 362 mini ötüb
Rusiyada son sutka ərzində daha 8915 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Rusiyada koronavirusa yoluxanların sayı 362 mini ötüb

ÜMİDTV.com: Rusiyanın Operativ Qərargahından yerli KİV-ə verilən məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 362 342 nəfərə çatıb.
Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3807 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 131 129 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.