Nazir müəllimlərin maaşından danışdı

Nazir müəllimlərin maaşından danışdı

Nazir müəllimlərin maaşından danışdı

ÜMİDTV:   “Ötən dövr ərzində müəllimlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra ciddi addımlar atılıb”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” səhifəsində cavablandırarkən deyib. 

O bildirib ki, bir həftə bundan əvvəl əmək fəaliyyətinə başlayan və ondan sonrakı 3 il müddətində kənar rayonların təhsil müəssisələrində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə verilən kompensasiyanın məbləği 50 faiz artırılaraq, 60 manatdan 90 manata çatdırılıb:

“Bu da kompensasiya kimi veriləcək. Fevralın 5-dən isə müvafiq əmrlə bu artım daimi olacaq. Həmin o kompensasiya artımı nəzərə alınmaqla müəllimlərə veriləcək”.