Dmitri Medvedev: "İndi Qarabağın statusu məsələsinin müzakirəsi mümkün deyil, GƏLƏCƏYƏ....!"

Dmitri Medvedev: "İndi Qarabağın statusu məsələsinin müzakirəsi mümkün deyil"

Dmitri Medvedev: "İndi Qarabağın statusu məsələsinin müzakirəsi mümkün deyil, GƏLƏCƏYƏ....!"

ÜMİDTV:        “Həll edilməyən Qarabağın statusu məsələsini indi müzakirə etməkdənsə, ən yaxşısı gələcəyə saxlamaqdır. İndi onu müzakirə etmək mümkün deyil”.

Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev bildirib.

“Çünki hazırda statusun müzakirəsi ciddi gərginliyə yol açır. Tərəflərin bu məsələdəki mövqeləri də kəskin fərqlənir. Hətta Ermənistanın daxilində belə diskussiyalar gedir. Xatırladım ki, Ermənistan Qarabağın müstəqilliyini tanımayıb. Bunu niyəsə unudurlar, amma əslində bu belədir. Ona görə də status məsələsi gələcəyə saxlamaq daha yaxşıdır”, - o qeyd edib.

Rusiya rəsmisinin düşünülmüş fikirlərindən açıq-aydın görünür ki, nə vaxtsa Qarabağın statusu müzakirə obyektinə çevriləcəkdir.  Rusiya Sülhməramlılarının bölgədə yürütdüyü siyasət də bunun gələcəkdə baş verəcəyindən xəbər verir. Çox təəssüf...!  İndidən bu məsələnin ciddiliyinə varmağımız önəmlidir ! (Redaktordan) 

Mənbə: “Report”