Mikayıl Cabbarov müharibədə iştirak edən nazirliyin əməkdaşları ilə görüşdü
Mikayıl Cabbarov müharibədə iştirak edən nazirliyin əməkdaşları ilə görüşdü
Mikayıl Cabbarov müharibədə iştirak edən nazirliyin əməkdaşları ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin Vətən Müharibəsində iştirak edən əməkdaşları ilə bu gün görüşüb.
ÜMİDTV: xəbər verir ki, bu barədə M.Cabbarov özünün “Tvitter”dəki hesabında qeyd edib.
O bildirib ki, Ali Baş Komandanın qətiyyəti, müzəffər Ordumuzun şücaəti ilə Azərbaycan böyük zəfər qazanıb: “Haqq savaşımızda şəhid olanlara Allahdan rəhmət diləyirəm. Vətən Müharibəsi iştirakçıları arasında İqtisadiyyat Nazirliyinin 131 əməkdaşı da var. Bu gün qəhrəmanlarımızla görüşdük”.