Gənclərin Təşəbbüs Qrupunun sədri Prezidentə müraciət ünvanladı

ÜMİDTV: 2 fevral Gənclər günü münasibətilə Gənclərin Təşəbbüs Qrupunun sədri Pərviz Usubov Azərbaycan Prezidentinə müraciət ünvanlayıb. Həmin müraciətdə deyilir:
Hörmətli, cənab Prezident
Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz on yeddi il ərzində hər zaman gənclərə göstərdiyiniz diqqət və qayğı, xüsusi yanaşma, inam və etimadı yüksək qiymətləndiririk. Bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini bu gün uğurla davam etdirən, gənclərin dostu,müzəffər Ali Baş Komandan titulunu qazanan lider olaraq apardığınız kadr siyasətini, daxili və xarici siyasətinizi dəstəkləyirik və bu yolda hər zaman sizin arxanızdayıq. Son dövrlər start verdiyiniz kadr siyasətinizdə gənclərə verilən önəm, onlara göstərilən inam və etimad hər bir gənc kimi bizi də sevindirir, eyni zamanda da gələcək üçün görüləcək işlərimizə, fəaliyyətimizə stimul verir. Bu kadr islahatları cəmiyyət daxilində də yüksək qiymətləndirilir və ölkə liderinə olan etimadını daha da artırır.
Xalq-Prezident birliyi,eyni zamanda da qətiyyətli mövqeyiniz 44 gün davam etmiş Vətən müharibəsində Zəfər qazanmağımıza səbəb oldu. Bu birlik və etimad hələ də qalmaqdadır. Lakin bir qrup şəxslər,”məmur”lar müxtəlif vasitələrlə yaranmış Xalq-Prezident birliyini pozmağa, qazanılmış tarixi qələbəmizə kölgə salmağa çalışırlar. Bu gün bizim üçün ən əsas məsələ bu birliyi qorumaq və daha da möhkəmləndirməkdir. Düşünürük ki, kadr siyasətinizdə atacağınız qətiyyətli addımlar,bu sahədə aparacağınız dərin kadr islahatları nəticəsində vətənpərvər,savadlı,təcrübəli,müasir dünyagörüşlü,aydın düşüncəli,qətiyyətli,sədaqətli gənclərə etimad göstərəcəksiniz.
Ulu Öndərin qeyd etdiyi kimi “Gələcək gənclərin çiyinləri üzərində qurulacaqdır” tezisi, eyni zamanda da sizin dəfələrlə səsləndirdiyiniz “Mən gənclərə güvənirəm”,”Azərbaycanın gələcəyi gənclərdən asılıdır” kimi fikirləriniz bir daha gənc kadrlara olan etimadın əyani göstəricisidir. Əminik və inanırıq ki, dövlət siyasətinin aparılmasında,yenidənqurma və quruculuq işlərində,dövlət idarəçiliyində,eləcə də bu kadr siyasətinizdə biz gənclərə etimad göstərəcəksiniz. “Gənclərin Təşəbbüs Qrupu” adından bildirmək istərdim ki, sizin rəhbərliyiniz altında bütün sahələrdə dövlətimizə,xalqımıza ləyaqətlə,vicdanla,sədaqətlə xidmət göstərəcəyimizdən əmin ola bilərsiniz. Azərbaycanın gələcəyi sizin rəhbərliyiniz altında vətənpərvər, yeni təfəkkürlü, aydın düşüncəli və qarşılıqsız dövlətə, xalqa xidmət edəcək gəncliklə yüksələcək. Biz gənclər hər zaman sizinləyik cənab Prezident!
“GənclərinTəşəbbüsQrupu”-nun sədri Pərviz Usubov