Rusiyaya qanunsuz gedən ermənilər ac saxlanıldıqdan sonra geri qaytarılıblar

ÜMİDTV: Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb.
Bu barədə “Tert.am” bildirib.
Məlumata görə, bu, Ermənistandakı COVID-19 testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır.
"Moskvaya birinci reyslə yola düşdük, buraxılış məntəqəsində irəli getməyi qadağan etdilər, bildirildi ki, bizim COVID-19 testimiz qanunsuzdur, nəticədə bizi deportasiya etdilər. Soruşdum nə olub, cavab verdilər ki, mən Rusiya Federasiyasının sərhədini qanunsuz sənədlə keçməyə hazırlaşırdım. Bizi üç gün ac saxladılar, yalnız su içirdik", - Ermənistana deportasiya edilmiş vətəndaşlardan biri bildirib.
Rusiyaya deportasiya edilən Ermənistan vətəndaşı qeyd edib ki, onlar göndəriş məsələsini həll etməyi, həmçinin biletlərə xərclənmiş pulun geri qaytarılmasını tələb edirlər.