TƏBİB: Uşaqlara peyvəndlərin tətbiqi ilə bağlı tədqiqat aparılmayıb
TƏBİB: Uşaqlara peyvəndlərin tətbiqi ilə bağlı tədqiqat aparılmayıb
TƏBİB: Uşaqlara peyvəndlərin tətbiqi ilə bağlı tədqiqat aparılmayıb

ÜMİDTV: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) uşaqlara Çin peyvəndlərinin tətbiqinin mümkün olub-olmamasına münasibət bildirib.
TƏBİB cavab olaraq bildirilib ki, istehsalçı şirkətin tövsiyəsinə əsasən 18 yaşa qədər əhali kütləsinə, hamilə və südverən qadınlara peyvəndin vurulması tövsiyə edilmir:
"Çünki bu istiqamətdə hələ tədqiqat aparılmayib".
Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinasiya mərhələli şəkildə həyata keçirilir. Fevralın 8-dən 65 yaşdan yuxarı və digər aidiyyəti üzrə çalışan şəxslərə vurulmasına başlanılacaq.