Azərbaycanda 138 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda 138 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda 138 yeni yoluxma faktı qeydə alınıb

ÜMİDTV:    Azərbaycanda son sutkada koronavirus infeksiyasına 138 yeni yoluxma faktı qeydə alınıb, 329 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 907 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 760 nəfər müalicə olunaraq sağalıb, 3 153 nəfər vəfat edib. Hazırda 2 994 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 133, bu günə qədər isə ümumilikdə 2 439 718 test icra olunub.