Hikmət Hacıyev: “Ermənilər işğal zamanı azərbaycanlılara məxsus hər şeyi dağıdıblar”
Hikmət Hacıyev: “Ermənilər işğal zamanı azərbaycanlılara məxsus hər şeyi dağıdıblar”
Hikmət Hacıyev: “Ermənilər işğal zamanı azərbaycanlılara məxsus hər şeyi dağıdıblar”

ÜMİDTV: İşğaldan azad edilmiş ərazilərimiz tamamilə dağıdılıb, məhv edilib. Azərbaycan xalqına aid nə var idisə hamısı dağıdılıb”.
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə Xudafərin körpüsünü ziyarət zamanı deyib.
Onun sözlərinə görə, dünyanın hər hansı başqa bir münaqişə zonasında qəbiristanlıqların dağıdılmasına, məhv edilməsinə nadir hallarda rast gəlinir: “Azərbaycanlılara məxsus qəbirlər, qəbir daşları və qəbirin içərisindəki sümüklər belə dağıdılıb, məhv edilib. Görün, ermənilər necə vandalizm törədiblər! Biz Cəbrayılda bunun bir daha şahidi olduq”.