Millət vəkili Qənirə Paşayeva əməkdar artist Çingiz Əhmədovu xanımı ilə qəbul edib FOTO

Millət vəkili Qənirə Paşayeva əməkdar artist Çingiz Əhmədovu xanımı ilə qəbul edib FOTO

Millət vəkili Qənirə Paşayeva əməkdar artist Çingiz Əhmədovu xanımı ilə qəbul edib FOTO

ÜMİDTV:          Bu gün Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış aktyor, Əməkdar artist Çingiz Əhmədov və onun həyat və sənət yoldaşı Mehriban Əhmədovanı Mədəniyyət Komitəsində qəbul edib, onların sənət uğurları, yaradıcılıq planları barədə ətraflı söhbət aparılıb.

Əhmədovlar ailəsinin övladı İbrahim Çingizin də sənət yolu seçdiyini, Rus Dram Teatrının sevilən gənc aktyoru olduğunu vurğulayan.

Q.Paşayeva, sənətçi ailəsinə yeni uğurlar diləyib. "Xahiş edirəm, bizim - Mədəniyyət Komitəsi üzvlərinin salamlarnı ailənizin digər üzvlərinə, doğmalarınıza və kollektivinizə çatdırasınız. Sənət adamları ilə hər görüş xoş və yaddaqalan olur. Umidvaram pandemiya məhdudiyyətləri də atadan qalxacaq və teatrlar öz sadiq tamaşaçılarına qovuşacaq".
Ç.Əhmədov və M.Əhmədova səmimi qəbul üçün Q.Paşayevaya təşəkkür edib.

Müqabil Hüseyin