“Evlərim, maşınlarım var, qabırğanı nə edirəm?” - Ayan Babakişiyeva - VİDEO
ÜMİDTV: ARB TV-nin "Hüseynova bacıları" verlişinin növbəti qonağı müğənni Ayan Babakişiyeva olub.
Müğənni verdiyi qalmaqallı müsahibəyə aydınlıq gətirib:
"Hər şeyin düzü, insanların iç səsini deyirəm. Sadəcə məni daşıya biləcək insan olmasını deyirəm. Bunun pis nəyi var? Adi bir vətəndaş qıza elçi gedəndə ata-anası evinin, maşının, işinin olduğunu soruşur. Balasını verir, çətinliklə böyüdüb axı. Mənim evlərim, maşınlarım da var. Mən tək yaşıya bilirəmsə, üzr istəyirəm, qabırğanı nə edirəm? Əgər məni yaşadığımdan üst səviyyədə yaşada bilərsənsə tanış olaq, başa düşək, anlaşaq, bərabər yaşayaq. Qız övladım böyüyür, ailə qurmaq riskli bir şeydir. Hər şeyi yüz ölçüb bir biçmək lazımdır. Ailə qurmaq, sıxan ayaqqabını ayağımızdan çıxarıb, başqa ölçü geyinmək deyil axı".