Millət Vəkili təşəkkür etdi-Ramin Məmmədov

Millət Vəkili təşəkkür etdi-Ramin Məmmədov

Millət Vəkili təşəkkür etdi-Ramin Məmmədov

ÜMİDTV:    Milli Məclisin deputatı Ramin Məmmədov öz rəsmi FB səhifəsi vasitəsi ilə bütün təşkilatlara, KİV nümayəndələrinə və seçicilərinə təşəkkür edib.

Hörmətli seçicilərim, media nümayəndələri və dostlar!
Bir ilə yaxın müddətdir ki, 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisə seçilmiş deputat kimi sizlərlə fəaliyyətimizi əhatə edən məlumatları müntəzəm olaraq paylaşırıq.

Bu bir il ərzində gördüyümüz işləri əks etdirən HESABAT jurnalı işıq üzü görüb. Qeyd olunan dərginin 2020- ci ilin İYUL-DEKABR aylarını əhatə edən 3- cü nömrəsi hazırlanmışdır.

72 səhifəlik jurnalda seçicilərlə apardığımız iş, iştirak etdiyimiz tədbirlər (ölkədaxili və beynəlxalq), müxtəlif yerli və xarici KİV-lərə verdiyimiz müsahibələr, dərc olunmuş məqalələr haqqında məlumatlar yer alıblar.

Təbii ki, jurnalın məzmunu ilə sizləri tanış etmək məqsədilə bölmələrə uyğun məlumatlar sosial media vasitə ilə paylaşılacaqdır.

 Fürsətdən istifadə edərək, fəaliyyətimizə dəstək vermiş bütün təşkilatlara, KİV nümayəndələrinə və seçicilərimə bir daha təşəkkür edirəm.