Şöbə müdiri: "Kür çayında suyun azalması fəsadlara səbəb oldu"
Şöbə müdiri: "Kür çayında suyun azalması fəsadlara səbəb oldu"
Şöbə müdiri: "Kür çayında suyun azalması fəsadlara səbəb oldu"

ÜMİDTV: Kür çayının sululuğu ilə bağlı ötən il çətin dövr yaşadıq. Kür çayında suyun azalması müəyyən fəsadlara səbəb oldu. Görülən tədbirlər çərçivəsində əhali o qədər də çox çətinlik yaşamadı".
Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Eskpert saatı”nda deyib.
Onun sözlərinə görə, Mingəçevirdə Kür çayının səviyyəsi əvvəlki illə müqayisədə 1 metr 16 sm yüksək olub və bu da təxminən 5 milyon kubmetrə yaxın su deməkdir: “Yaz fəslinin gəlişini nəzərə alaraq çaylarda sululuğun artmasını gözləyirik. Kür çayının sululuğuna mütəmadi nəzarət olunur, çayın dinamikası öyrənilir və bu istiqamətdə tədbirlər davam etdirilir”.