Salyanda gənc oğlan yol qəzasında ağır xəsarət aldı
Salyanda gənc oğlan yol qəzasında ağır xəsarət aldı
Salyanda gənc oğlan yol qəzasında ağır xəsarət aldı

ÜMİDTV: Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 1996-cı il təvəllüdlü Mirzəyev Sərxan İlqar oğlu ağır xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona müştərək travma, açıq kəllə-beyin travması və sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozları qoyulub.
S.Mirzəyevin vəziyyəti qənaətbəxş olmadığından o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.