Ermənistanın parlamentdəki müxalifət lideri Moskvaya gedecek
Ermənistanın parlamentdəki müxalifət lideri Moskvaya gedecek
Ermənistanın parlamentdəki müxalifət lideri Moskvaya gedecek

ÜMİDTV: Çiçəklənən Ermənistan Partiyasının sədri, parlamentdə “Sarukyan fraksiyası”nın rəhbəri, milyonçu deputat Qaqik Sarukyan Moskvaya səfər edəcək.
Məlumatı “Qraparak” yayıb.
Qəzetin yazdığına görə, müxalifət partiyalarının liderləri arasında hələ də görüş baş tutmayıb: “Onlar bunun üçün Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın Moskvadan qayıdacağını gözləyirdi. İndi bu görüş yenə ləngiyəcək. Bu dəfə də Sarukyanın Rusiyadan qayıdacağını gözləyəcəklər. Müxalifət liderlərinin görüşündən sonra fevralın 20-də mitinq keçiriləcək. Həmin aksiyada Sarukyanın da iştirakı gözlənilir”.