Xəzər rayonunda avtomobil 7 yaşlı uşağı vurdu
Xəzər rayonunda avtomobil 7 yaşlı uşağı vurdu
Xəzər rayonunda avtomobil 7 yaşlı uşağı vurdu

ÜMİDTV: Bakıda 7 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Xəzər rayonunda qeydə alınıb.
Şüvəlan qəsəbəsində 7 yaşlı Hüseynova Səbinə Akif qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın və yumşaq toxumalarının əziyi diaqnozları qoyulub.