Hər bir amerikalı iyulun sonuna qədər peyvənd ediləcək-BAYDEN ABŞ

ÜMİDTV: ABŞ-ın hər bir arzu edən vətəndaşı ancaq iyulun sonuna qədər yeni koronavirusdan peyvənd edilə biləcək.
Bu barədə Birləşmiş Ştatların Miluoki şəhərində (Viskonsin ştatı) ictimaiyyətlə görüşdə çıxış edən prezidenti Cozef Bayden bildirib.
"İyulun sonuna qədər bizdə 600 milyondan çox doza olacaq. Bu, hər kəsi peyvənd etmək üçün kifayətdir", - o deyib.
Bayden qeyd edib ki, onun administrasiyası birinci həftələr ərzində vaksin istehsalının əhəmiyyətli artımına nail olmağı bacarıb. "Bizdə mayın sonuna kimi vaksinin 400 milyon, iyulun sonuna kimi 600 milyon dozası olacaq", - prezident deyib.
ABŞ rəhbəri həmçinin peyvənd olunma infrastrukturunun inkişafında müvəffəqiyyətləri vurğulayıb. "Mən yenicə vəzifə tutanda digər problem insanlar idi, hansılar ki, bu peyvəndləri edə bilərdilər. Biz onların sayının artımında əhəmiyyətli müvəffəqiyyətlərə nail olduq, - o əlavə edib.
“Mən təqaüddə olan həkimləri və tibb bacılarını bu işə cəlb etməyə icazə verən fərmanı imzaladım. Biz prosesə təxminən min hərbçini cəlb etdik, Milli Qvardiyanı cəlb etdik və bununla bu miqdarı əhəmiyyətli dərəcədə artırdıq. Bundan başqa, peyvənd yerlərinin sayını əhəmiyyətli dərəcədə genişləndirdik", - Ağ Ev rəhbəri deyib.