Gürcüstanda daha 13 nəfər COVID-19-dan ölüb

Gürcüstanda daha 13 nəfər COVID-19-dan ölüb

Gürcüstanda daha 13 nəfər COVID-19-dan ölüb

ÜMİDTV:     Gürcüstanda ötən sutkada daha 486 nəfərə koronavirus diaqnozu qoyulub, 13 pasiyent vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 266 948-ə, ölənlərin sayı isə 3 390 nəfərə çatıb.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 499 nəfər artaraq 259 727-yə yüksəlib.