Ölkə Prezidentinin təklifləri bizi ürəkdən sevindirir- Anar Alışov
ÜMİDTV: Prezident İlham Əliyev cənablarının dəyərli təklifləri bizi ürəkdən sevindirir. O. öz çıxışında bildirmişdir ki, torpaqların bərpası prossesi artıq başlamışdır. Dağıdılmış bütün kəndlər bərpa ediləcəkdir.
Bu sözləri ÜmidTv.com saytına Yardımlı rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov bildirib.
Müsahibimizin sözlərinə görə, Prezidentin Sərəncamına əsasən azad edilmiş ərazilərdə, şəhərlərdə baş planlar hazırlanır. Cənab Prezident Qarabağı cənnətə çevirəcəyini, torpaqlarımızda əbədi yaşayacağımızı bildirib.
"Öz adını tariximizə qızıl hərflərlə yazan Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva əsirlikdən azad edilmiş torpaqlarımızı qarış-qarış ziyarət etmişlər. Bunlar necə də vətənpərvər, xalqımızın sevimlisi olan insanlardır. Prezidentimiz və xanımı Fizuli, Zəniglan, Laçın və Cəbrayıl rayonlarında olmuşlar.
Mənfur düşmənin əsarətindən azad olunmuş ərazilərimizdə dövlətimizin rəhbərinin birbaşa təşəbbüsü və tapşırıqları ilə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının reallaşdırılması nəzərdə tutulur.
Laçın rayonu işğaldan azad olunduqdan iki ay keçməmiş Güləbürd kəndində su elektrik stansiyası tikilmişdir. Şuşa şəhərini isə elektrik enerjisi ilə təchiz etmək üçün əməli işlərə start verilib və birinci mərhələ başa çatmışdır.
Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan , Cəbrayıl rayonlarında ən çox günəş enerjisinin böyük potensialı var.
Sevindirici haldır ki, azad edilmiş torpaqlar "yaşıl enerji " zonası olacaq. Zəngilan rayonunda birinci pilot "ağıllı kənd" layihəsi də məhz bərpa olunan enerji ilə təmin ediləcəkdir.
Prezidentimizin təməlini qoyduğu uzunluğu 100 km. olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür.
Vətən müharibəsinin bizim üçün böyük əhəmiyyəti vardır. Doğma torpaqlarımız faşist işğalçılarından azad edildi, düşmən tarixi torpaqlarımızdan qovuldu. Yaralı torpaqlarımız nankor qonşularımızın caynağından xilas edildi.
Noyabrın 10-da imzalanmış birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var.
Laçın dəhlizinə nəzarət etmək üçün, ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində rayonun cənub hissəsi azad edilmişdir.
Cənab prezident çıxışında qeyt etdi ki, biz güclü iradə,cəsarət göstərərək istədiyimizə nail ola bilmişik.
Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 1992 -ci il may ayında Şuşa şəhərinin işğalından sonra Laçın rayonu işğal olunub.
Ordu qüvvələri AXC-nin nəzarəti altında olsa da, Şuşanı məqsədli şəkildə boşaltmışlar.
Müzəffər Ordunun Ali Baş komandanı Cənab İlham Əliyevin siyasi iradəsilə, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək."
Alişov Anar Xalıq oğlu
Yardimli rayon Gənclər və İdman idarəsinin rəisi