Bakıda 63 yaşlı qadını avtomobil vurdu

Bakıda 63 yaşlı qadını avtomobil vurdu

Bakıda 63 yaşlı qadını avtomobil vurdu

ÜMİDTV:    Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, R.Behbudov küçəsində 1958-ci il təvəllüdlü Əsədova Kəmalə İsmayıl qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol tərəfli döş qəfəsinin və bud-çanağının əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.