Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

ÜMİDTV:   Gürcüstan parlamentində “Dostluq qrupları” haqqında qərar qəbul olunub.

 77 deputat sənədin lehinə səs verib.

Qərara əsasən, 36 deputatdan ibarət Azərbaycanla dostluq qrupuna vitse-spiker Kaxaber Kuçava rəhbərlik edəcək.

Dostluq qrupunda qanunverici orqanın iki - Xarici əlaqələr və Regional siyasət komitələrinin sədrləri Nikoloz Samxaradze və Sozar Subari də təmsil olunub.

Qrupda yalnız bir müxalif deputat yer alıb. O, Vətəndaşlar Partiyasının sədri Aleksandre Elisaşvilidir.