Yalçın Rzazadənin nəşi Lənkərana yola salınıb - YENİLƏNİB

ÜMİDTV: Vida mərasimindən sonra Xalq artisti Yalçın Rzazadənin nəşi dəfn olunmaq üçün Lənkərana yola salınıb.
Mərhum Liman şəhərində yaxınlarının yanında torpağa tapşırılacaq.
Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi keçirilib.
Mərhumun yaşadığı evin önündə keçirilən vida mərasimində ailə üzvləri və tanınmış mədəniyyət xadimləri iştirak ediblər.
Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.