Ermənistanda etirazçılar universitet binasına basqın etdi

Ermənistanda etirazçılar universitet binasına basqın etdi

Ermənistanda etirazçılar universitet binasına basqın etdi

ÜMİDTV:       Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər universitet binasına basqın ediblər.

Ermənistan KİV- si  xəbər verir ki, onlar Yerevan Dövlət Universitetinin binasına daxil olublar.

Məlumata görə, aksiya iştirakçıları tələbələri etirazlara qoşulmağa çağırırlar.

Etirazçıların digər qismi isə Ermənistan Dövlət İqtisad Universitetinə daxil olmağa çalışsa da, polis onların qarşısını kəsib.